Region

Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat -SAXLANILANLAR VAR

Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs saxlanılıb.Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılıb.

İlkin məlumata görə, əməliyyat zamanı xəstəxananın 4 vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı nə təsdiq, nə təkzib ediblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button