AktualManşet

“Azercell”in günlük və həftəlik limitsiz internet paketləri yoxdur

Rövşən Ağayev: "Mobil şirkətin təklif etdiyi ən sərfəli internet paketlərindən limitsiz internet kimi istifadə edəsi olsan, ayda ən azı 60-100 manat xərcləməlisən"

Gürcüstan mediasında belə bir xəbər diqqətimi çəkdi – “Maqtikom” mobil telefon operatoru interneti bahalandırır.
Məlum olur ki, şirkət gündəlik limitsiz mobil internet tarifini 0.33 USD-dən (0.56 manat) 0.5 USD-yə (0,85 manata), həftəlik tarifi isə 1,6 USD-dən (2,8 manatdan) 2,3 USD-yə (3,9 manata) yüksəldir.
Yəni şirkətin limitsiz aylıq interneti hətta 15 manat belə deyil.
Kənddəki evimizdə genişzolaqlı internet olmadığından yayda uzun müddət qalanda “Azercell”in mobli internetdindən istifadə etməyə məcbur qalırıq. Limitsiz internet paketləri ancaq saatlıqdır, günlük və həftəlik ümumuyyətlə yoxdur. 1 aya 50 manatdan artıq xərcləyirik, onu da kifayət qədər qənaətlə istifadə etməklə.
Təklif etdikləri ən sərfəli internet paketlərindən limitsiz internet kimi istifadə edəsi olsan, ayda ən azı 60-100 manat xərcləməlisən.
Məsələn, ən sərfəli olan limitsiz paket 6 saatdır. Günün aktiv vaxtları üçün ən azı 2 dəfə götürsən, 3.8 manat ödəməlisən – yəni ayda ən azı 100 manat.
Daha uzun dövr üçün ən sərfəli paketlərdən biri 50 GB üçün 30 manatdır. Genişzolaqlı internet kimi istifadə edəsi olsan, ən azı ayda 100 GB tələb olunacaq və 60 manat ödəməlisən.
Azərbaycanda mobil internetin qiyməti həddən artıq bahadır -hətta deyərdim soyğunçuluq həddindədir. Gürcüstanla müqayisə edəndə daha aydın görmək olur. Günlük limitsiz tariflər arasında fərq 4 dəfə, aylıq hesabda azı 5 dəfə.
Gürcüstnda limitsiz həftəlik mobil internetin dəyəri bizdə gündəlik limitsiz internetin dəyərinə bərabərdir.
Rəqabətin üstünlüyünü, inhisarçılığın vurduğu ziyanı bu nümunə daha aşkar nümayiş etdirir.
Rövşən Ağayev, ekspert
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button