Dünya

ABŞ-də tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-nin Oklahoma və Ayova ştatlarında tornadolar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.Hughes County Fövqəladə Səhiyyə Xidmətinin verdiyi açıqlamaya görə, Oklahoma ştatında biri uşaq olmaqla 4 nəfər, Ayova ştatında isə bir nəfər tornado səbəbindən həyatını itirib.

Ayova və Oklahoma ştatlarında ölənlərin sayı 5-ə yüksəlib.

Zərərdən sonra təmizlik işlərinə başlanılan Oklahoma ştatında xəstəxanalarda təxminən 100 yaralı var.

Tornadoların təsirlərinin sıx şəkildə hiss olunduğu Oklahoma Sitidən cənubda 5 minə yaxın əhalisi olan Sulphur şəhərində təxminən 30 nəfər yaralanıb.

Bundan başqa, Oklahomada baş verən və ölkənin cənubundakı Holdenvil qəsəbəsini vuran tornadolar nəticəsində 2 nəfərin öldüyü açıqlanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button