Dünya

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

“Mixail Saakaşviliyə qarşı 2008-ci ildə Rusiya ilə münaqişə ilə bağlı bir sıra epizodlara görə vətənə xəyanət maddəsi ilə cinayət işi açıla bilər”.

Yenixeber.org: Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin qeyd etdiyi kimi, eks-prezidentə və onun Vahid Milli Hərəkat Partiyasına qarşı işin başlanmasının hüquqi forması fərqli ola bilər.

Deputatlar Baş Prokurorluğa müraciət edə bilər, münaqişə zamanı baş verənləri araşdırmaq üçün parlament komissiyası yaradıla bilər, məsələyə ölkənin Konstitusiya Məhkəməsi də baxa bilər və ya bütün bunlarla birlikdə baxıla bilər.

“Əsas odur ki, Mixail Saakaşvilinin və onun partiyasının o zaman törətdiyi cinayət sona qədər araşdırılsın”, – Kobaxidze bildirib.

Avqustun 8-i 2008-ci ildə Tbilisidən Cənubi Osetiyanın paytaxtı Sxinvalinin kütləvi atəşə tutulması nəticəsində başlayan Rusiya-Gürcüstan münaqişəsinin başlanmasının ildönümüdür.

Döyüşlər cəmi beş gün davam etdi, onların nəticəsi Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi, eləcə də Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması oldu.

Bundan əvvəl Gürcüstan Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə öz tərkibinə qaytarılması planlarını açıqlamışdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button