Dünya
Yaponiyada 230-dan çox aviareys ləğv olunur
Yaponiyada 230-dan çox aviareys ləğv olunur. Buna səbəb Yaponiyada avqustun 28-də səhər saatlarında “Şanşan” qasırğasının Okinava prefekturasının adalarına yaxınlaşmasıdır.
“Japan Airlines” şirkətinin avqustun 28-nə 82, növbəti günə isə 60 daxili reysi ləğv edilib, eləcə də beynəlxalq istiqamətlərdə altı uçuş təxirə salınıb. “All Nippon Airways” (ANA) şirkətinin avqustun 28-dən 30-na qədər 80 uçuşu, “Skymark”, “Solaseed Air” və “Peach Aviation” loukosterlərinin isə 9 aviareysi ləğv olunacaq.report
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]