Dünya

ABŞ-ın silah zavodu Ukraynaya göndərilən mərmilərin istehsalını artırıb

Amerikanın Pensilvaniya ştatındakı sursat zavodu Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün artilleriya mərmilərinin istehsalını 50% artırıb.

“Scranton zavodu yaxınlıqdakı digər iki zavodla birlikdə istehsalı ayda 24 min mərmidən 36 min mərmiyədək artırıb”, – xəbərdə deyilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni bütün silah-sursatları Ukraynaya göndərdiyi üçün Birləşmiş Ştatları sursatsız qoymaqda ittiham edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button