Dünya

1 stəkan spirtli içki intihardan döndürdü

Özünə qəsd etmək istəyən şəxs bir stəkan spirtli içkiyə görə fikrindən daşınıb

Analoq.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada intihar etmək istəyən şəxs asayiş keşikçilərinin spirtli içki təklifini qəbul edib, əlini uzadarkən polis işçiləri tərəfindən yerə düşürülüb.

İntihara cəhd edən şəxsin fikirlərinə görə, işi səhərdən düz gətirməyib. O bildirir ki, fikrini dağıtmaq, “əllərini yaxalamaq” və yemək üçün dostugilə gedib. Bir də gözünü açıb ki, pəncərədədir və aşağı tullanmağa hazırlaşır.

Təəccüblənən dostu dərhal polisə zəng edib. Hadisə yerinə gələn hüquq mühafizəçiləri onu fikrindən daşındırmağa çalışıblar, spirtli içki təklifini qəbul edən şəxs polislərin səyi nəticəsində aşağı düşürülüb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button