Ermənistan

David Tonoyan azadlığa buraxılmadı

Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyanın azadlığa buraxılmaqla bağlı vəsatətini rədd edib.

Bu barədə Ermənistan mediası xəbər yayıb. Məhkəmə Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyanı və iş üzrə təqsirləndirilən bir neçə şəxsi də həbsdə saxlayıb.

Qeyd edək ki, 2021-ci il sentyabrın 30-da İrəvandakı ümumi yurisdiksiya məhkəməsi David Tonoyanın iki ay müddətinə həbs edilməsinə qərar verib. Onun ittiham olunduğu cinayət işi ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının ordunun ehtiyacları üçün sursat alarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı başlanıb. Tonoyan 2018-ci ildə müdafiə naziri vəzifəsinə təyin olunub və 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi zonasında hərbi əməliyyatlar başa çatdıqdan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button