Manşet

Akademik Musiqili Teatrda yenidən yüksək səviyyədə dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə tətbiq edilən karantin günlərində də müvafiq dövlət qurumları tərəfindən mütamadi şəkildə zəruri profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

Akademik Musiqili Teatrın mətbuat xidmətindən Analoq -a bildirilib ki, virus təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi”nin əməkdaşları tərəfindən artıq 2-ci dəfədir ki, teatrın böyük və kiçik tamaşa zallarında, məşq və qrim otaqları, dəhlizləri və ümumilikdə bütün inzibati binanın hər tərəfində yüksək səviyyədə dezinfeksiya işləri aparılıb

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button