ManşetMədəniyyət

Dünyasını dəyişən xalq artistinin həyat yoldaşı: “O mənim üçün böyük ziynət idi ”

Ötən gün uzun surən xəstəlikdən sonra vəfat edən görkəmli aktyoru və teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini Rafiq Əliyevin həyat yoldaşı Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası,əməkdar artist Şəfəq Əliyeva Analoq.az-a mərhum sənətkar barədə müsahibə verib:

Şəfəq Əliyeva mərhumun ölümündən şok yaşadığını dilə gətirib:“Mən tək həyat yoldaşı itirmədim,mən tələbə yoldaşımı,dostumu,arxa dayağımı,uşaqlarımın atası,nəvələrimin babasını itirdim. Rafiq müəllim yaxşı ata, yaxşı baba idi. Belə adamı itirmək çox çətindir.Rafiq böyük pedaqoq,görkəmli teatr və kino aktyoru idi.Mən bu gün həyatımdan bir parça itirdim,heç bilmirəm necə yaşayacam,teatrda yoxdu karatinə görə yoxsa yaradıcılığla məşqul olardım.Allahdan özümə səbr diləyirəm,Rafiqdən sonra həyat çox çətindi mənə çünki o mənim üçün böyük ziynəd,böyük dayaq idi “

Dünyasını dəyişən xalq artistinin həyat yoldaşı: “O mənim üçün böyük ziynət idi ”

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedim, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət keçib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub, 1970-cu ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərib.

Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Sevilən sənətçi Maştağa qəbiristanlığında anasının yanında dəfn olunub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button