Manşet

Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması ilə bağlı qərar verib

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması ilə bağlı qərar verib.
Trend erməni KİV-inə istinadən xəbər verir ki, işçi qrupa 10 nəfər daxildir. İşçi qrupun sədri Ermənistanın İrandakı sabiq səfiri, hazırda baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin edilib. Qərara əsasən, hər rüb görülən işlər barədə hökumətə hesabat təqdim edilməlidir.
Qeyd edək ki, Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button