Manşet

“Rusiyanin Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasına etiraz etmək haqqı yoxdur” – FİNKEL

Qazaxstanı tanıyan bir israilli kimi düşünürəm ki, Rusiyani Qazaxstan hadisələrində ittiham etmək yanlışdır

Bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel Analoq.az – a bildirib.

Finkel daha sonra qeyd edib ki ,səbəblərini belə izah etmək olar. İlk növbədə Qazaxstan əhalisi arasında aparılan sorğu göstərir ki, yerli əhali arasında həm qazın qiymətinin qalxmasından, həm də, yerli hakimiyyət nümayəndələrinin yürütdüyü siyasətdən ciddi narazılıq var idi.

Bu məsələlər daxili problemlər idi və Rusiyanın bu məsələlərə aidiyyatı ola bilməzdi. Bu gün Rusiyanın başı təmamilə başqa məsələlərə qarışıb. Bu Ukrayna problemi və ABŞ və NATO ilə gərgin danışıqlardır.

Məlumdur ki, NATO şifahi şəkildə Stoltenberqin dili ilə Rusiyaya imtina cavabı vermiş və bildirmişdir ki, Rusiyanin Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasına etiraz etmək haqqı yoxdur, digər tərəfdən isə, bundan sonra da adı çəkilən ölkələrə silah yardımı ediləcəyini bildirmişdir.

“NATO və ABŞ nüfuz sferası formulu ilə yaşayırlar və başqa ölkələri öz təsir dairələrinə buraxmaq istəmirlər. Odur ki, Rusiyanın diqqəti təmamilə Brüsseldə aparılan danışıqlara yönəlib. O, ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə zəmanət verən yazılı cavab gözləyir. Bunu həm Lavrov, həm onun müavini Rıbkov, hətta Putin də dilə gətiriblər. Aydındır ki, Rusiyanın diqqəti Qazaxstanda deyil” siyasi ekspert fikrini belə tamamlayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button