BannerManşet

“Əgər Rusiya Ukraynaya hücum edərsə… “- ABŞ nümayəndəsi

ABŞ Rusiya ilə təhlükəsizlik sahəsində danışıqların uğursuz başa çatdığını düşünmür.

Analoq.az xəbər verir ki, bunu “The Washington Post”a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda-Tomas Qrinfild bildirib.

“Hesab etmirəm ki, danışıqlar uğursuz olub. Biz Rusiya ilə işləməyə davam edirik. Gördüyünüz kimi, bu səhər Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında danışıq olub. Biz Rusiya ilə danışırıq, eyni zamanda onun hərəkətlərini də izləyirik”, – deyə diplomat əlavə edib.

Diplomatın sözlərinə görə, ABŞ özünün NATO-dakı müttəfiqləri ilə Ukrayna ətrafında vəziyyətin eskalasiyası zamanı mümkün davranışları müzakirə edib: “Əgər Rusiya Ukraynaya hücum edərsə, bu BMT-nin Nizamnaməsinə qarşı hücum olacaq. Biz Təhlükəsizlik Şurasının xətti ilə hərəkət edəcəyik. Artıq bu barədə Nyu-Yorkda müttəfiqlərlə müzakirələr aparmışıq”, – deyə amerikalı diplomat vurğulayıb/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button