GündəmSiyasət

Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident seçkilərində mümkün qələbəsindən sonra Nazirlər Kabinetini tez formalaşdırmaq lazım gələcək.

Bu barədə 525.az “CNN Türk”ə sitinadən məlumat verir.

“Biz tez bir zamanda Nazirlər Kabinetini formalaşdırmalıyıq. Biz oturub dostlarımızla birgə qiymətlər verəcəyik, xalqımızın rifahının yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün addımlar atacağıq”, – Türkiyə lideri bildirib.

Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra – mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır. “Konda”nın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin tərəfindədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button