Manşet

Böyük məişət texnikaları 200-300 manat bahalaşıb

Son günlər qiymətlərin bahalaşması ilə bağlı müzakirələr ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Qiymət artımı tək ərzaq məhsullarında deyil, eyni zamanda, məişət texnikalarında da müşahidə olunur.
Son günlər məişət texnikalarının qiyməti sürətlə artıb. Araşdırmalara görə, son 10 gün ərzində məişət texnikalarının qiyməti 200-300 manat dəyərində yüksəlib. Məişət avadanları satışı ilə məşğul olan dükan işçiləri də qiymət artımını təsdiq edir.
Ekspertlər hesab edir ki, elektronika və məişət texnikasının qiymətində bahalaşmanın qeydə alınmasının səbəbi dünyada daşıma xərclərinin artması ilə bağlıdır. Dəniz nəqliyyatı ilə 1 konteynerin daşınması qiyməti artıb.
Qiymət artımının səbəbləri haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, qiymətlərin yüksəlməsi vətəndaşlar üçün problemdir. Vətəndaşın alıcılıq qabiliyyəti var, qiymətlər belə sürətlə artarsa, bir müddətdən sonra satışlar olmayacaq, dayanacaq. Bu da iş adamlarına ciddi zərbə olacaq: “Təbii ki, satışların azalması onların gəlirlərinə birbaşa mənfi təsir göstərəcək. Bəzi şəxslər məişə avadanlıqlarının qiymətinin artmasını çörəyin qiyməti ilə bağlı olduğunu bildirir. Ancaq çörəyin qiymətinin artmasının məişət texnikalarının artmasına təsiri yoxdur. Ancaq onu da nəzərə almaq lazımdır ki, böyük elektrotexnika şirkətlərinin istehsalında bəzi axsamalar var. Bu da qiymət artımına təsir edir. Dünyada baş verən proses ölkəmizə dərhal təsir etməməliydi. Bəzi sahibkarlar vəziyyətdən istifadə ediblər”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button