BannerManşet

Tural Abbaslı bəs siz kimin layihəsisiniz? – ZELENSKİYƏ KLOUN DEYƏN PARTİYA SƏDRİNƏ…

Guya demokratiya arzunda olan bir partiya sədrinin məhz demokratik yolla seçilən Zelenskini və onu seçən xalqı təhqir etməsi ondan xəbər verir ki, Tural Abbaslının özünün siyasətdən xəbəri yoxdur.

Amerikanın sabiq prezidenti Ronald Reyqan da aktyor idi. Amma Sovet imperiyası kimi bir nəhəngin kürkünə birə sala bilmişdi. Əslində insanın peşəsi və sənəti önəmli deyil, əsas olan xalqa xidmətidir.

Ağ Partiya sədri əslində qətiyyən siyasətçiyə yaraşmayan qərəzli və həsəddən doğan kinlə bu gün bütün dünyanın bağrına basmağa hazır olduğu Zelenskini gözü götürmür. Çünki qorxur ki, birdən ona sual verərlər ki, necə olur Ukraynada aktyor hakimiyyətə gəlir, amma siz siyasətçi, partiya sədri olaraq illərdir yerində sayırsınız?

Odur ki, Zelenskiyə və Ukrayna xalqına iftira yaxaraq deyir ki, onu guya Avropa gətirib, kloundur və sair.

Bu gün həmin Zelenski ABŞ, Avropa kimi nəhənglərin də cəsarət edə bilməyəcəyi addımı ataraq şər imperiyasının qarşısında mərdi mərdanə dayanır. Amma adını Ağ Partiya qoyaraq əslində qara düşünən Tural Abbaslı Zelenskiyə kloun deməklə nəyə nail olmaq istəyir?

Zelenskini bu gün dünya tanıyır və sevir. Cənab Abbaslını isə Ağstafanın aşağı Göycəli kəndindən o tərəfə tanıyan varmı?

Siyasi partiya sədrinin “Popumuz var ” verilişində Zelenskiyə kloun deməsi onun siyasi kimliyini daha çox ifşa edir.

Hörmətli Tural Abbaslı, bəs siz kimin layihəsisiniz?

Fakt budur ki, dünənə qədər bir çoxlarının gözündə şoumen kimi görünən Zelenski, cəmi 4 gündə necə bir Komandan olduğunu sübuta yetirdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 17 Ortalama: 4.2]

Back to top button