ManşetÖlkə

İsmayıllıda icra başçısının adına verilən KÜÇƏ ADI qanunidirmi? – CAVAB

İsmayıllı Rayon icra başçısı Nahid Bağırovun əmri ilə Lahıc qəsəbəsində yerləşən küçələrdən birinə sələfi, İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Mirdaməd Sadıqovun adı verilib.

İsmayıllı icra başçısının Mirdaməd Sadıqovun adını əbədiləşdirməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə küçə və prospektlərə şəhid adlarının verilməsi daha məqbul hesab edilib. Üstəlik icra başçısının belə bir səlahiyyətə malik olması müzakirə obyektinə çevrilib. 

Qeyd edək ki, Azərbaycanda küçə adlarının verilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlib və parlamentin gündəliyində müzakirəyı çıxarılıb. Deputatlar tərəfindən rayon və şəhərlərdə küçə adlarının verilməsi səlahiyyətinin rayon icra hakimiyyətlərinə verilməsi təklif edilsə də, bununla bağlı yekdil qərar verilməyib.

Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Bizim.Media-ya açıqlamasında İsmayıllı rayon icra başçısının belə bir addım atmasını qanunu hesab edib:
 

“Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 4.11.17-ci bəndinə görə yerli icra hakimiyyətləri yaşayış məntəqələrində, küçə və meydanlara ad vermək, onların adını dəyişdirmək səlahiyyətinə malikdir.

Amma indiyədək müzakirə edilən məsələyə gəlincə, şəhid adlarının əbədiləşdirilməsi əslində qanunla tənzimlənir.

Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında qərarı olub. Onun 3.1.2 bəndinə əsasən ən azı bir ordenlə təltif olunan şəhid adlarının küçələrə və prospektlərə verilməsi təşkil olunur. Yəni medal alanlara bu, şamil olunmur. Əslində bu qayda əvvəllər olub və 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla dəyişdirilib”Bizim.Media 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button