ManşetÖlkə

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir: “Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq!

Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button