Manşet

Bakıda ƏMƏLİYYAT: “UBER”in sürücüsü narkotiklə tutuldu – VİDEO

Sosial şəbkələrdə yol polisinin “saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Aparılan araşdırmalarla taksinin sürücüsü Masallı rayon sakini, Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2.268 qram narkotik maddə – heroin, 0,710 qram psixotrop maddə – metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, taksi avtomobili “UBER” şirkətinə məxsus olub. Hadisə zamanı sürücü A. Məmmədov yol polisindən qaçmağa çalışsa da, buna nail olmayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button