Manşet

“Azərsu”: “Qarabağda içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur”

“İşğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var”.”Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

“Keyfiyyət də tam standartlara uyğundur. Ona görə də əlavə bir çətinliyimizin olacağını düşünmürük”, – A.Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Laçındakı hərbi obyektlər, Qubadlı, Zəngilan və Cəbrayıldakı obyektlər su ilə təmin edilib: “Artıq Ağdam və Füzuli şəhərlərinin baş planı təsdiq olunub. Füzuli şəhərində də yeraltı mənbələrin istifadə olunmasına qərar verilib.

Bu istiqamətdə mühəndis-axtarış işləri davam edir. Cəbrayılda da çox güman ki, mənbə yeraltı sular olacaq. Qubadlı, Laçın və Kəlbəcərdə yerüstü mənbələr daha çoxdur. Həmin ərazilərdə araşdırmaların nəticələri olaraq qərar veriləcək”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button