Manşet

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb

Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Analoq.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün ümumilikdə 7505 koronavirus testi aparılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button