Manşet

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışıb: Türk dünyasına kəsə yolla bağlanacağıq

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam edir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.

O bildirib ki, Azərbaycanda bu istiqamətdə işlər xeyli dərəcədə tamamlanıb: “Naxçıvanda təxminən 180 kilometrlik hissədə işlər görülür. Onlar da davam edir. Türkiyə tərəfdən Dilucudan, Iğdırdan Qarsa qədər gəlib Bakı-Tbilisi-Qars xəttinə bağlanacaq 224 kilometrlik bir dəhliz var. Beləliklə, Türk dünyasına kəsə yolla bağlanmış olacağıq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button