Gündəm

“Vaksin icad olunandan sonra özünü necə aparması da sual altındadır”-PROFESSOR

Aylardır ki, dünya koronavirus pandemiyası ilə savaşır. Virusun yayda da yayılmaq qabiliyyətini itirməyəcəyi deyilir.Dünya Səhiyyə Təşkilatı mövsümü qrip kimi koronavirusun yayda yoxa çıxacağı iddiasını əsassız sayır. Bir sözlə, bu virusdan yay aylarında da qurtulacağımız sual altındadır. Hər gün ölkəmizdə koronavirusa yoluxanlar və ölümlərin sayında artımı nəzərə alsaq, yayda da karantin tədbirlərinin olacağı gözləniləndir.

Hətta bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov karantin tədbirlərinin sərtləşəcəyini istisna etməyib. Bu, o deməkdir ki, yayda da karantin qayıda bilər.

Analoq.az ın məlumatına görə, məsələ ilə bağlı Tibb elmləri dosenti, professor Adil Qeybulla Cebhe.info-ya bildirib ki, karantin qaydalarının sərtləşdirilməsinə heç bir ehtiyac duymur və yay vaxtı insanları evdə oturtmaq çox çətin məsələdir. Amma karantin tədbirlərinə əməl etmək icbari olmalıdır:

Proses onu göstərir ki, pandemiya yeni bir mərhələyə daxil olub. Yəni insanlar sərt karantin tədbirlərindən sonra qaydaların yumşaldılması və karantin davranışlarına əməl etmək zərurəti ilə üz-üzə qalıblar.

Artıq Bakı şəhərində vətəndaşların böyük əksəriyyətinin bu situasiyanı rədd etməsini müşahidə edirik. Bu, onu göstərir ki, biz yeni bir yayılma dalğası ilə üz-üzə qalacayıq. Bugünkü yayılmalar, əvvəlki SMS icazələri dövründə insanların qaydaları pozması ilə bağlıdır. Evlərə getmək, ziyafətlərdə iştirak etmək, həyətlərdə çay içmək, domino oynamaq kimi səbəblərdən yoluxmalar baş verdi”.

Həkimin fikrincə, insanlar ilk növbədə karantin qaydalarını gözləməlidirlər:
“Fəaliyyətinə icazə verilən bütün satış və ticarət obyektləri, iaşə müəssisələrinin işinə dair təlimat olmalıdır. Eyni zamanda, xəstəxanalara və digər məkanlara daxil olanların əllərinin dezinfeksiya olunması, maska taxmaq və baxıl geyinmək bir şərt kimi qoyumalıdır.

Mümkün qədər bunlara riayət edilməlidir. Bu yolu tutmasaq, kollektiv immunitetin yaranması yoluna qədəm qoymuş oluruq. Bu, o deməkdir ki, insanlar maksimum xəstələnir, ölən ölür, qalan qalır və onların içində xeyli insan əmək qabiliyyətini itirir. Bu, təhlükəli tendensiyadır. Ona görə də insanlar vaksinə qədər özlərini qorumaq variantını seçməlidirlər. Vaksin icad olunandan sonra özünü necə aparması da sual altındadır. Biz bu profilaktik və preventiv tədbirlərə daha çox üstünlük verməliyik. Əvvəlki dönəmdə maska taxmaqla bağlı müxtəlif fikirlər var idi. Amma indi birmənalı fikir odur ki, maskadan istifadə vacibdir”.Alçina Amilqızı Cebhe.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button