Gündəm

“Korupsioner məmurların Azərbaycanda və xaricdə olan əmlakları müsadirə olunmalı, hesabları dondurulmalıdır”-HAFİZ HACIYEV

Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.Bu barədə “Report”a hökumətdəki mənbədən bildirilib ki,KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

KİVDF-də yol verilən qanunsuzluqlarla bağlı baş prokurorluqda 4 maddə ilə cinayət işi başlanıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Analoq.az olaraq fikirlərini öyrəndik:

-“Milyonları, milyardları yeyib taladılar. Bu gün Vüqar Səfərlinin oğurladığı puldan 100 minini dövlətə yenidən keçirməsiylə kifayətlənib bağışlanılmamadıdır. Yenidən yoxlama keçirilməlidir, araşdırılmalıdır ki, Vüqar Səfərli katibələrinə hansı əsasla ev verib. Mən Vüqar Səfərli hələ vəzifədə olarkən onun qanun pozuntularından çox demişəm.

” H.Hacıyev fikirlərinə əlavə olaraq qeyd edib ki, “Hər halda Vüqar Səfərli cavab verməli olacaq, – bu pulları hardan qazanmışdı ki, indi də yüz mini geri qaytarır. Bunlar çox ciddi məsələlərdir və düşünürəm ki, öz həllini tapacaq.”

Partiya sədri açıqlamalarında digər məsələlərə də toxunub:

– Dövlətin pulunu dağıtmaq məmurlarının çoxunun adətidir. Zakir Qaralov Azərbaycandan milyardlarla pula Gürcüstanda kazinolar açıb. Ölkəninin sərvətini tala, milyardlarını yığ sonra da get, keflə yaşa. Bu yolverilməzdir. İstintaq gedir. Məhkəmədə hər şey gec tez öz yerini tapacaq.

Dövlətin büdcəsini talayanların barəsində həbslər davam etməlidir. Onların əllərində olan pullar alınmalıdır. Həbs olunmaq kifayət eləmir. Oğurladıqları pullarla gedib bu adamlar türmədə də özlərinə şərait yaradırlar. Korupsioner məmurların Azərbaycanda və xaricdə olan əmlakları müsadirə olunmalı,hesabları dondurulmalıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button