Gündəm

Heydər Əliyev prospektində sahibsiz it sürüsü əhalinin canına qorxu salıb

Müvafiq qurumlar isə "fil qulağında" yatıblar

Son zamanlar Xırdalan şəhərində sahibsiz itlərin sayı xeyli artıb. Sürü ilə gəzən heyvanların insanlara hürməsi, avtomobillərin dalınca qaçması, hətta bəzi insanlara və maşınlara hücum çəkməsi yerli əhalinin canına vəlvələ salıb. Xırdalan şəhər sakinləri Analoq.az-a bildiriblər ki, Xırdalan şəhərindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə sahibsiz itlərin əlindən tərpənmək olmur. Həmin prospektdə insanların sərbəst gəzməsi xeyli çətinləşib. Qorxu içində olan yerli sakinlər itlərin hər an onlara, xüsusilə də azyaşlı uşaqlara hücum edəcəyindən, onları parçalayacaöından qorxurlar. Müvafiq qurumlar isə gözlənilən təhlükənin fərqinə varmadıqları üçün təxirəsalınmaz tədbirləri həyata keçirmək istəmirlər.

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button