Gündəm

“Azəriqaz”ın smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb

“E-manat” terminallarında problem səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib

Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşə Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.
O qeyd edib ki, “E-manat” terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib: “Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub. Bildirişli ödənişlərdə heç bir problem olmayıb”, -mütəxxəsis bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button