Gündəm

Soyuq havalarda koronavirusun yayılma sürəti artır

Təyyar Eyvazov: "Yoluxma əsasən qapalı məkanlarda baş verir"

Koronavirusun yayılma sürəti havanın temperaturu və rütubəti ilə dolayı yolla əlaqəlidir. Nəzərə almaq lazımdır ki, yoluxma əsasən qapalı məkanlarda baş verir.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
“Pandemiya dövründə isti ölkələrdə də virusun geniş yayılmasının şahidi olduq. Lakin soyuq aylarda bir neçə faktor virusun yayılmasını artırır. Bunlar əhalinin daha çox halda qapalı məkanlarda toplaşması və qoruyucu vasitələrdən istifadəyə nəzarətin zəif olması səbəbindən sıx təmasların artması, otaqların havalanmasının daha az halda təmin olunması (havalanma zamanı otağın temperaturunun azalması səbəbindən), həmçinin immunitetin mövsümi zəifləməsi, rasionda vitamin əksikliyi (fəsillə əlaqədar) və aşağı temperaturun təsirindən burun selikli qişalarının büzülməsi nəticəsində yerli immunitetin azalmasıdır.
Bütün bunlar qış aylarında infeksiyanın yayılma sürətini artırır. Yeni ştamların meydana çıxması və kütlə immunitetindən müəyyən qədər yayınması da mühüm faktorlardandır”, – deyə T.Eyvazov vurğulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button