Gündəm

Toy, nişan, ad günləri və digər şənlik mərasimlərinə görə 44 cinayət işi başlanılıb

64 min 580 nəfər şənlik mərasimlərinə buraxılmayıb

2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır.
Analoq.az xəbər verir ki, bu günə qədər respublika ərazisində 51853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2505 monitorinq aparılıb.
Monitorinqlərin 39779 sayda polis tərəfindən, 12074 sayda digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3369 təşkil edib, 44 cinayət işi başlanılıb.
COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button