Gündəm

Nazirlik Azərbaycanda qanunsuz ov etmiş ərəbləri cərimələyəcək

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək quşları ovlamaları ilə bağlı məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sözügedən iddia ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.
“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri “Binthaninayef” adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, həmin fotonun yanvarın 23-də Azərbaycanda çəkildiyini qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button