Gündəm

Binəqədidə şəhidin adını daşıyan park tikinti şirkətinə satılıb?

Binəqədi rayonundakı M.Ə.Rəsulzadə qəsəbəsində şəhid Ramiz Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkı ilə bağlı narazılıqlar yaranıb. Belə ki, həmin ərazidə yaşayan sakinlər sözügedən parkda atraksionların yığışdırıldığını deyib. Atraksionların öncə təmirlə bağlı aparıldığı deyilsə də, uzun müddət keçməsinə baxmayaraq yenidən quraşdırılmayıb.
Sakinlər iddia edir ki, parkda tikinti işlərinin aparılması üçün hazırlıqlar gedir və həmin ərazidə bina tikiləcəyi ilə bağlı məlumatlar yayılıb.
“Təmir-bərpa işləri yekunlaşdıqdan sonra parkın müasir atraksionlarla təmin edilməsi nəzərdə tutulub”
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, orada heç bir bina tikintisindən söhbət gedə bilməz: “İstismar müddəti bitmiş atraksionlar yığışdırılıb və parkda hazırda mərhələli şəkildə təmir-bərpa işləri davam edir. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra parkın müasir atraksionlarla təmin edilməsi nəzərdə tutulub”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button