Ölkə

“Dövlətin yardımla bağlı öhdəliyi yox idi”-DEPUTAT KÖNÜL NURULLAYEVA

Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir”.Analoq.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanda insanların sosial problemlərinin həlli yalnız paytaxtla məhdudlaşmır, bu proses bütövlükdə ölkə ərazisini və ən əsası, əhalinin bütün kateqoriyalarını əhatə edir:

“Bu həftə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən mənzillərin istifadəyə verilməsi də bu siyasətin tərkib hissəsidir. Məlumdur ki, ötən il Şamaxıda baş verən təbii fəlakət zamanı xeyli sayda vətəndaşımızın mənzilinə zərər dəyib. Doğrudur, problemin kökündə vətəndaşların öz əmlaklarını vaxtında sığorta etdirməməsi dayanırdı. Belə olan halda dövlətin yardımla bağlı öhdəliyi yox idi. Bununla belə, dövlət bu çətin vəziyyətdə lazım olan bütün dəstəyi göstərib və İlham Əliyevin tapşırığına əsasən, evləri qəzalı vəziyyətə düşən vətəndaşlarımız üçün yeni mənzillər inşa edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşının yanındadır”.

Deputat vurğulayıb ki, pandemiya bütün dövlətlər, o cümlədən Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edib:

“Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulmayan əlavə xərclər meydana çıxıb və insanların pandemiyadan minimum zərərlə çıxması istiqamətində preventiv addımlar atılıb. Bununla belə, dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, bu mürəkkəb vəziyyətdə də heç bir sosial layihə təxirə salınmayıb. Elə Şamaxıda yeni mənzillərin, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir olunun yeni körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bu layihələrin icrası böhranın miqyasını genişləndirən pandemiya dövründə ölkəmizdə sosial layihələrin davamlılığını göstərməklə yanaşı, eyni zamanda regionların sosial-iqtisadi inkişafına xidmət edir”.trend.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button