Ölkə

Müdafiə Nazirliyi Türkiyəni təbrik edib

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə vasitəsilə Türkiyəni 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.

B barədə Müdafiə Nazirliyi teleqramda qeyd edib:

“Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri əzəli və əbədidir. Qardaş və dost ölkə Türkiyəmiz, Zəfər bayramını təbrik edirik!”.

Qeyd edək ki, Zəfər Bayramı Türkiyənin və Şimali Kipr Türk Respublikasının milli bayramıdır. Zəfər Günü 1924-cü ildən (rəsmi olaraq 1935-ci ildən) hər il Böyük Təərrüzdə (böyük hücum) həlledici döyüş olan Dumlupınar vuruşmasındakı qələbənin xatirəsini anmaq üçün qeyd edilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button