Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı hələ dəqiqləşməyib.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev bildirib.
O deyib ki, buna səbəb rəsmi İrəvanın təklifə cavab verməməsidir.
Qeyd edək ki, bir qədər əvvəl nazirliyin Kommunikasiyalar Departamentinin direktoru Aybek Smadiyarov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün Almatıda təşkil olacağını bildirib.
Departament rəhbərinin sözlərinə görə, belə bir görüş baş tutarsa, ölkəsi danışıqlarda vasitəçi qismində iştirak etməyəcək.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]