Redaktor seçimiSon dəqiqə

Teatrlarımızda kimlər at oynadır – Anar Burcəliyev yazır…(I hissə)

Dramaturgiyada səhnədənkənar personajlar deyilən bir anlayış var. Bu tip personajlar dramaturgiyada o qəhrəmanlara deyilir ki, onlar heç bir zaman səhnədə görünmür və başqa personajların dili ilə onların haqqında söz açılır, informasiya verilir. Amma bu “gözəgörünməz” qəhrəmanlar pyesdə bəzən çox ciddi və əsaslı rol oynayır, əsərdə baş verən hadisələri bəzən “altını-üstünə” çevirməyi də bacarırlar. Əgər belə bir çağırışı bu gün əksər teatrların direktorlarına təlqin etməli olsaq, o zaman bu assosiasiya tamamilə yerinə düşər. Əgər tamaşaçılar aktyorları, rejissorları, habelə bəstəkarları, rəssamları tamaşanın finalında səhnəyə çıxıb təzim edən görürlərsə teatr direktorları isə bu baxımdan demək olar ki, “kadr arxasında” qalmalı olurlar. Əksər direktorlar isə əksinə çox zaman heç kadr arxasında da qalmağı sevmirlər. Elə finalda hər zaman təzim edənlərlə birlikdə addımlayırlar. Amma ədalət naminə vurğulamağı zəruri saymaq məcburiyyətindəyəm ki, direktor vəzifəsini daşımaq heç də asan başa gəlmir. Teatra rəhbərlik etmək missiyasını öz üzərinə almaq, bu yükü çiyinlərdə daşımaq həyati, həm də professional bir təcrübə istəyir. Elə buna görə də teatr direktoru olmaq, özü də bir elmdir deyə bilərik. “Mən teatr direktoru olmaq istəyirəm!”- deyə haray çəkənlər bilavasitə bunun tədris sistemini keçməli, incəsənət təmayüllü təhsil ocaqlarında menecment, prodüser fakültələrində təhsil almalı, teatrlarda inzibati, idari işlərin necə və hansı ölçüdə tətbiq edilməsinə, incəsənətə eləcə də iqtisadiyyat sintezinə və hüquqi məsələlərə dərindən bələd olmalıdırlar. Bəs teatrlarımıza rəhbərlik edən direktorların fəaliyyətinə diqqət yetirsək, onların hansı birinin sadaladığımız xüsusiyyətlər əsasında iş prinsipi tətbiq etdiyini söyləyə bilərik?.. Təəssüf ki, bu haqda fikir söyləmək çox çətindir.

Bu gün teatr direktorunun əsas vəzifəsi nədən ibarətdir, o, hansı səlahiyyətləri daşımaq hüququndadır sualını cavablasaq dərhal söyləyə bilərik ki, teatrı idarə etmənin iki əsas modeli mövcuddur. Birincisi, – vahid rəhbərlik deyilən anlayışdır ki, burada işin başında tək bir şəxs durur: ya teatrın direktoru, ya da baş rejissoru. Həmin şəxslər istər yaradıcılıq problemlərinə, istərsə də inzibati idarəetmə və iqtisadi məsələlərə cavabdeh olmaqla, böyük məsuliyyət daşıyırlar.
İkinci model isə bu saat demək olar ki, bütün teatrlarda tətbiq olunan səlahiyyətlərin direktor və baş rejissor arasında haçalandığı idari üsuludur, yəni yaradıcılıq işləri baş rejissorun üzərində olduğu halda, təşkilati, iqtisadi məsələlər direktorun payına düşmüş olur. Ancaq təəssüflər olsun ki, hər iki məsələləri elə direktorlar özləri həll edirlər. Belə bir haçalanma prosesinin teatrdakı çalışma effektivliyini daha artırmış olduğu güman edilsə də bu üsul ümumi işin gedişatında qaçılmaz münaqişələrin geniş yayılmasına, ikitirəliyin təzahür etməsinə də imkan yaradır.
Lakin müasir dövrümüzdə bu məsələ daha da aktuallaşmış yeni bir “direktor teatrı” adlanan, analoqu olmayan üçüncü model də artıq mövcuddur. Xüsusilə respublikamızın region teatrlarında 1993-cü ildən etibarən bu “model” tətbiq edilməkdədir. Bu anlayışa görə teatrın başında direktor dayanmalı, onun tapşırıqlarına sözsüz əməl edilməli, teatra rejissoru da o, dəvət etməli, yeri gəldikdə hətta rejissordan yaxa qurtarmaq naminə yuxarı instansiyalara şikayət edib onu işdən xaric etmə hüququna da malik olmalıdır. Burada ən fəci hal budur ki, bu tipli direktorlar ehtimal təhlükələrdən özlərini uzaq tutmaq məqsədilə əksər hallarda teatrın baş rejissorlarını qurban verərək, bu minvalla təhlükəni sovuşdurub diqqət mərkəzindən ustalıqla yayınmağı bacarırlar. Regional teatrlarımızdakı direktorların bu tipli qeyri-məhdud monarxiyası ucbatından baş rejissorların bir çoxu son dərəcə qeyri-fəal, gücsüz, müti, aciz, səlahiyyətlərini dar bir çərçivədə davam etdirən, sıralamaya görə direktor müavinindən, quruluş hissə müdirindən, truppa müdirindən, hətta direktorun “yolunu intizarla gözləyən” kip geyinən əndamlı katibələrdən sonra adı çəkilən formal qüvvələrə çevriliblər.

Belə bir atmosferdə hansı yaradıcılıqdan söhbət gedə bilər?.. Yaradıcı kollektivə yalnız yaradıcı insanlar rəhbərlik etməyə qadirdirlər, başqa cür ola da bilməz. Çünki planetimizin bütün teatrlarında bu sahəyə baş rejissorlar rəhbərlik etməklə bütün səlahiyyətlərin daşıyıcısı da məhz onlardır. Amma təşkilati və inzibati məsələlərlə əlaqədar digər problemlər əlbəttə ki, direktorlara həvalə edilməlidir. Bu halda teatrın direktoru vəzifəsinə ali təhsilli, teatr işindən agah olan, iqtisadiyyatı, hüquqi gəlişmələri mənimsəyən, mədəniyyət və incəsənət məsələlərini mükəmməl bilən, ümumilikdə teatr nəzəriyyəsini eləcə də repertuar siyasətinin düzgün təmin edilməsi məqsədilə Bədii şuraya rəhbərlik etməyi bacaran peşəkarlar təyin olunmalıdır. Teatrın direktoru eyni zamanda mədəniyyət və incəsənət təşkilatlarına bilavasitə aid olan metodiki, normativ sənədləri, yaradıcılıq-istehsalat prosesinin texnologiyasını, yeni cari repertuarın hazırlanmasını, maliyyə-vəsait, perspektiv-repertuar planlarının razılaşdırılması və tərtib edilməsi qanunauyğunluqlarını, cari repertuardakı tamaşaların hazırlıq planını mükəmməl bilməli, idarəetmə üsulu psixologiyası, incəsənətin sosiologiyası, səhnə texnologiyası, müəlliflik hüquqları sirlərinə dərindən yiyələnməlidir. Çox təəssüflər olsun ki, sadaladığımız funksiyaları hazırda yerinə yetirə biləcək, teatra inzibati və təşkilati nöqteyi-nəzərindən rəhbərlik edə biləcək direktorlarımız barmaqla sayılmaq həddindədir.

Regionlarda fəaliyyət göstərən bəzi teatr direktorları isə bu işə tamamilə yararsız şəxslər olub, bölgə toylarında ya qoşa nağara və ya qarmon çalan, ya da həmin mərasimləri video ilə çəkən qeyri-peşəkar, ən yaxşı halda vaxtı ilə tamaşa, konsert proqramlarının biletlərini satmaqla məşğul olan qeyri-sağlam, sənət aləminə zidd və yabançı olan, teatr sənətini anlamaq bir yana dursun, teatrdan daha çox “ticari” bir obyekt kimi istifadə edən və “qamar” siyasətini güdən savadsız, təsadüfi adamlardırlar. Ən acınacaqlısı isə burasındadır ki, bu tip direktorların yanlarında çalışdırdıqları direktor müavini, truppa müdiri, quruluş hissə müdiri vəzifəsini tutan vəzifə sahibləri də elə onların özü kimi təsadüfi adamlar olub, teatr sənəti ilə qətiyyən əlaqəsi olmayan uğursuz kadrlar olmaqla heç bir işin öhdəsindən gələ bilməyənlərdir. Lakin direktor müavini kürsüsündə əyləşən şəxs bilməlidir ki, bu vəzifə məsuliyyətli bir iş olmaqla böyük ciddiyyət, nizam-intizam tələb edir. Direktor müavini rəhbər işçi mövqeyi tutmaqla incəsənət və mədəniyyət sahəsində peşəkar ali təhsilə malik olmalıdır. Onun vəzifəsi təkcə hər hansı bir işdən ötrü müvəqqəti olaraq yerini tərk edən direktorun funksiyalarını yerinə yetirməklə məhdudlaşmamalıdır. O, həm də tamaşaların eləcə də mədəni-asudə vaxtın təşkil olunma strukturunu, teatrın yerləşdiyi şəhər əhalisinin asudə vaxtının kütləvi təşkilinin forma, metodlarını, mədəniyyət, incəsənət sferasında elmi, texniki nailiyyətləri, mədəni-asudə vaxt atmosferində idarəetmənin həmçinin iqtisadiyyatın əsaslarını, texniki personalla işin nəzəri, praktiki tərəflərini, işgüzar təmasın etikasını hətta əmək müdafiəsinin norma və qanunlarını, təhlükəsizlik texnikasını da dərindən mənimsəməlidir. Təəssüflər olsun ki, bu vəzifəni “zəbt edən” və region teatrlarında çalışan bəzi teatr direktoru müavinləri öz üzərinə düşən bu funksiyaları icra etməkdə məsuliyyətsizlik göstərir, teatrın tamaşaları barədə internet vasitəsi ilə anons verməklə vəzifələrini bitmiş hesab edir ya da bu işi başqalarına yükləyirlər.

Bu arada baş rejissorun yaradıcı kollektiv üzrə köməkçisi sayılan tpuppa müdirlərinin də üzərinə az məsuliyyət düşmür. Plana əsasən cari repertuarda olan bütün tamaşaların məşq proseslərini dəqiqliklə yerində tənzimləmə və tərtib etmə cədvəli, rejissorun tələblərinə, aktyorların ehtiyaclarına məsuliyyət hissi truppa müdirinin nəzərə almalı olduğu başlıca məsələlərdəndir. O, həmçinin teatr truppasının yaradıcılıq-istehsalat fəaliyyətinə təşkilati rəhbərliyi həyata keçirməyi bacarmalı, yeni tamaşaların hazırlanması, köhnə tamaşaların əsaslı bərpasında, rol bölgüsündə yaxından iştirak etməli, cari repertuarda olan tamaşalarda çıxış edən aktyorların məşqlərə cəlb olunması, onların rejissora təqdim olunması ilə bağlı təkliflər irəli sürməli, yeni, cari repertuardakı tamaşalarda truppa üzvlərinin iş yüklərinin müntəzəm, rasional təmin olunmasına riayət etməli və yaradıcı heyətin məşq həmçinin tamaşalarda məşğul olmasını qeydiyyata almalıdır. Bundan əlavə teatr xaricində aktyorların başqa fəaliyyətləri (filmə çəkilmə, dublyaj, radio, səsyazma, şəxsi işlər və s.) barədə teatrın rəhbərlərinə də vaxtaşırı məlumat verməli, aktyorların kateqoriya dərəcələrinin artırılması, truppaya yeni qüvvələrin cəlb olunması, yaşlı nəsillə gənc nəsil arasında etik, estetik münasibətlərin tənzimlənməsində də müəyyən dərəcədə söz sahibi olmağı bacarmalıdır. Göründüyü kimi truppa müdirinin üzərinə az səlahiyyət düşmür. Aktyorların üzərinə bağırmaq, onları təhqir etmək, yerli-yersiz onları məzəmmət və ittiham etmək, dərhal direktorun otağına qaçıb aktyorları çuğullamaq, əsassız, yanlış məlumatları müdirin ovcuna qoymaq truppa müdirinə heç də yaraşmayan hərəkətlərdir. Truppa müdiri yaradıcı kollektivlə rəhbərlik arasında tənzimləyici, bir növ ombudsman olmalı, meydana çıxan hər hansı bir anlaşılmazlıqlara dərhal reaksiya verməli, neqativ durumlara son qoymağı bacarmalıdır.

Regional teatrlara rejissor təyinatı problemi də gündəmdə olan ən vacib məsələlərdən biridir. “Teatrda kim daha mühüm yer tutur?” sualı indiyə qədər bölgə teatrlarında həllini tapmayan bir problem olaraq qalmaqdadır. Təəssüflə deməliyəm ki, teatr direktorlarına verilən hüdudsuz səlahiyyətlər direktor və baş rejissor arasında tez-tez qeyri-sağlam münasibətlərin yaranmasına səbəb olmaqdadır. Zənnimcə teatr sənətinin səciyyəsi çox mürəkkəbdir. Burada müxtəlif ünsürlərin vəhdəti və qarşılıqlı təsiri vardır. Bir tərəfdən dramaturgiya, aktyor yaradıcılığı, o biri tərəfdən isə rejissorun ümumi üslub məsələlərinə münasibəti, tamaşaçının bu və ya başqa bir teatr əsərinə baxışı, teatrın nə dərəcədə çətin, məsuliyyətli bir iş daşıdığını göstərmək üçün yetərlidir. Bu sənət növü sintetik sənət olduğu üçün teatrda çalışan hər bir yaradıcıdan daha mükəmməl bilik, daha aydın fikir, sağlam dünyagörüşü tələb olunur. Bu bir qayda olaraq həm teatrın direktoruna, həm də baş rejissoruna aiddir. Hər zaman olduğu kimi bu gün də bölgə teatrlarına təyin olunan rejissorların qarşısında çətin və mühüm problemlər durur. Belə ki, teatrın hansı coğrafi mövqedə yerləşməsi, burada yaşayan əhalinin mənəvi tələbatı, teatr daxili münasibətlər, etik, estetik problemlər, adaptasiya müddəti, bu müddət ərzində qarşıya çıxan maneələr, bu maneələrin çözülməsi, tamaşaçı tələbatından irəli gələn repertuar siyasəti–bütün bunların hamısı rejissorun ilkin etapda həll edəcəyi problemlərdəndir. Sadalananların öhdəsindən gəlməyin əsas şərti isə hər bir sənətkar kimi rejissorun da geniş ideya-siyasi, mədəni səviyyəsi olmalı, həyatı dərindən, hərtərəfli bilməli, bu həyatın hər bir faktını düzgün qiymətləndirməyi bacarmalıdır. Xüsusilə, teatr daxili münasibətləri, etik qaydaları bir araya gətirib tənzimləmək rejissorun qarşısında duran ən mühüm vəzifələrdəndir.

Təəssüf ki, teatrlarımızın bir çoxunda, özəlliklə regional teatrlarda kollektivi içəridən dağıdan şöhrətpərəstlik meyilləri, izzəti-nəfs üzərində mübarizə, paxıllıq, dedi-qodular, böhtan, iftira, şər və xırda mənafelər kimi xoşagəlməz hallara hələ də rast gəlinir. Ən dözülməz hal isə həmin teatrlarda bu münaqişələri, daima gündəmdə qalmaq üçün dəridən-qabıqdan çıxan, ona-buna ləkə yaxmaqdan çəkinməyən, öz sənət həmkarlarının irəli getməməsi üçün əlindən gələni əsirgəməyən, onların hətta şəxsi həyatına müdaxilə edən teatrın daha çox yaşlı, “görüb-götürmüş”, “təcrübəli”, “burada mənəm Bağdadda kor xəlifə” iddiası ilə yaşayan üzdəniraq “sənətçiləri” törədir. Öz sənət dostlarının müvəffəqiyyətlərinə sevinməyən, onları çökdürüb mənən şikəst etmək üçün ən çirkin oyunlara əl atan bu adamlar arasında nə yazıq ki, əməkdar artist və hətta xalq artisti adını daşıyanlara da rast gəlmək mümkündür. Bu adamlar eyni sənət müəssisəsində işlədiyi həmkarlarını daim nəzarət altında saxlamaq, şantaj etmək, onlar haqqında ən kiçik təfərrüatları toplamaq naminə hər cür vasitəyə əl ataraq, əldə etdikləri xəbərləri daha yuxarı təşkilatlara ötürüb çuğulluqla məşğul olmaq əsas həyat tərzlərinə çevrilməkdədir. Ən acınacaqlısı da budur ki, bütün bu olaylar həmin teatrda fəaliyyət göstərən digər perspektivli gənc kadrların gözü qarşısında baş verir və bu da gənclərin etik-estetik tərbiyəsinin pozulmasına, onların mənəvi deqredasiyasına gətirib çıxarır. Bu kimi “təcrübə sahibləri” sonra da səhnəyə çıxaraq Mirzə Fətəlinin, Cəlil Məmmədquluzadənin, Haqverdiyevin, Süleyman Saninin, Çexovun və digərlərinin əsərlərində rol alır, cəmiyyəti səhnədən, ekrandan tərbiyələndirməyə, əxlaqi-mənəvi dəyərləri tərənnüm etməyə çalışırlar. Böyük ustad Vaxtanqovun gözəl bir sözü var: “Yaramaz adam və böyük aktyor olmaq mümkün deyil”. Dahi Stanislavski də öz növbəsində bu tipli xəbis, riyakar, minbir sifətli, zahiri ilə batini “bilinməz” aktyorlar haqqında belə yazıb: “Siz istəyirsiniz ki, heyvərə və mənəviyyatsızın biri səhnədən insanları yüksəldən, nəcibləşdirən hiss və fikirlər haqqında danışsın? Səhnə arxasında xırda meşşan həyatı keçirsin, səhnəyə çıxdıqda isə dərhal Şekspirə, Çexova tay olmaq istəsin?..”
Bölgə teatrlarımızın əksəriyyətində hökm sürən paxıllıq, tamahkarlıq, xudbinlik, qəddarlıq, bədxahlıq, mərdiməzarçılıq baş alıb gedir və buraya yeni gələn baş rejissor zamanını yaradıcılıq işlərinə ayırmaqdansa, maraqlı, məzmunlu tamaşalar hazırlamaqdansa, fəaliyyətə başladığı teatra yeni estetik prinsiplər gətirməkdənsə vaxtını həmin neqativ, başabəla təzahüratların ləğv olunmasına sərf edir. Tək olduğu, heç kimdən, xüsusilə teatrın lokal direktorundan da dəstək almadığı üçün bu qeyri-bərabər mübarizədə məğlübiyyətə uğrayır. Çünki direktorun özü də həmin qüvvələrin basqı, təzyiqinə məruz qaldığı üçün geri çəkilməklə kreslosunu əldən verməyib daima qorumağa, ondan dördəlli yapışmağa məcburdur. Çox zaman teatr rejissorlarına qarşı amansızlıq, paxıllıq, gözü götürməməzlik və qısqanclıq bölgə teatrlarında ictimai bir bəlaya, rejissora qarşı az qala “səlib yürüşünə” çevrilir.Bu arada baş rejissorun yaradıcı kollektiv üzrə köməkçisi sayılan tpuppa müdirlərinin də üzərinə az məsuliyyət düşmür. Plana əsasən cari repertuarda olan bütün tamaşaların məşq proseslərini dəqiqliklə yerində tənzimləmə və tərtib etmə cədvəli, rejissorun tələblərinə, aktyorların ehtiyaclarına məsuliyyət hissi truppa müdirinin nəzərə almalı olduğu başlıca məsələlərdəndir. O, həmçinin teatr truppasının yaradıcılıq-istehsalat fəaliyyətinə təşkilati rəhbərliyi həyata keçirməyi bacarmalı, yeni tamaşaların hazırlanması, köhnə tamaşaların əsaslı bərpasında, rol bölgüsündə yaxından iştirak etməli, cari repertuarda olan tamaşalarda çıxış edən aktyorların məşqlərə cəlb olunması, onların rejissora təqdim olunması ilə bağlı təkliflər irəli sürməli, yeni, cari repertuardakı tamaşalarda truppa üzvlərinin iş yüklərinin müntəzəm, rasional təmin olunmasına riayət etməli və yaradıcı heyətin məşq həmçinin tamaşalarda məşğul olmasını qeydiyyata almalıdır. Bundan əlavə teatr xaricində aktyorların başqa fəaliyyətləri (filmə çəkilmə, dublyaj, radio, səsyazma, şəxsi işlər və s.) barədə teatrın rəhbərlərinə də vaxtaşırı məlumat verməli, aktyorların kateqoriya dərəcələrinin artırılması, truppaya yeni qüvvələrin cəlb olunması, yaşlı nəsillə gənc nəsil arasında etik, estetik münasibətlərin tənzimlənməsində də müəyyən dərəcədə söz sahibi olmağı bacarmalıdır. Göründüyü kimi truppa müdirinin üzərinə az səlahiyyət düşmür. Aktyorların üzərinə bağırmaq, onları təhqir etmək, yerli-yersiz onları məzəmmət və ittiham etmək, dərhal direktorun otağına qaçıb aktyorları çuğullamaq, əsassız, yanlış məlumatları müdirin ovcuna qoymaq truppa müdirinə heç də yaraşmayan hərəkətlərdir. Truppa müdiri yaradıcı kollektivlə rəhbərlik arasında tənzimləyici, bir növ ombudsman olmalı, meydana çıxan hər hansı bir anlaşılmazlıqlara dərhal reaksiya verməli, neqativ durumlara son qoymağı bacarmalıdır. Bu arada baş rejissorun yaradıcı kollektiv üzrə köməkçisi sayılan tpuppa müdirlərinin də üzərinə az məsuliyyət düşmür. Plana əsasən cari repertuarda olan bütün tamaşaların məşq proseslərini dəqiqliklə yerində tənzimləmə və tərtib etmə cədvəli, rejissorun tələblərinə, aktyorların ehtiyaclarına məsuliyyət hissi truppa müdirinin nəzərə almalı olduğu başlıca məsələlərdəndir. O, həmçinin teatr truppasının yaradıcılıq-istehsalat fəaliyyətinə təşkilati rəhbərliyi həyata keçirməyi bacarmalı, yeni tamaşaların hazırlanması, köhnə tamaşaların əsaslı bərpasında, rol bölgüsündə yaxından iştirak etməli, cari repertuarda olan tamaşalarda çıxış edən aktyorların məşqlərə cəlb olunması, onların rejissora təqdim olunması ilə bağlı təkliflər irəli sürməli, yeni, cari repertuardakı tamaşalarda truppa üzvlərinin iş yüklərinin müntəzəm, rasional təmin olunmasına riayət etməli və yaradıcı heyətin məşq həmçinin tamaşalarda məşğul olmasını qeydiyyata almalıdır. Bundan əlavə teatr xaricində aktyorların başqa fəaliyyətləri (filmə çəkilmə, dublyaj, radio, səsyazma, şəxsi işlər və s.) barədə teatrın rəhbərlərinə də vaxtaşırı məlumat verməli, aktyorların kateqoriya dərəcələrinin artırılması, truppaya yeni qüvvələrin cəlb olunması, yaşlı nəsillə gənc nəsil arasında etik, estetik münasibətlərin tənzimlənməsində də müəyyən dərəcədə söz sahibi olmağı bacarmalıdır. Göründüyü kimi truppa müdirinin üzərinə az səlahiyyət düşmür. Aktyorların üzərinə bağırmaq, onları təhqir etmək, yerli-yersiz onları məzəmmət və ittiham etmək, dərhal direktorun otağına qaçıb aktyorları çuğullamaq, əsassız, yanlış məlumatları müdirin ovcuna qoymaq truppa müdirinə heç də yaraşmayan hərəkətlərdir. Truppa müdiri yaradıcı kollektivlə rəhbərlik arasında tənzimləyici, bir növ ombudsman olmalı, meydana çıxan hər hansı bir anlaşılmazlıqlara dərhal reaksiya verməli, neqativ durumlara son qoymağı bacarmalıdır.

Əslində isə bütün bu sadalananların bir adı var. Düzgün təyinat olmadıqda….

(Ardı var)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button