Çin və ABŞ rəsmilərinin müzakirə etdikləri məsələlər açıqlanıb
Çinin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Pekində görüş zamanı iki dövlət başçıları arasında yaxın gələcək üçün nəzərdə tutulan qarşılıqlı fəaliyyətin yeni mərhələsini müzakirə ediblər.
Hər iki tərəf ABŞ və Çin liderlərinin San-Fransisko görüşündə əldə olunmuş mühüm konsensusun həyata keçirilməsini, yüksək səviyyəli mübadilələri və bütün səviyyələrdə təmasları, narkotiklərlə mübarizə, hüquq-mühafizə, repatriasiya, qeyri-qanuni miqrantlar sahələrində əməkdaşlığı davam etdirməyə razılaşıblar. İqlim dəyişikliyi məsələsi də diqqətdə olub.
Van Yi və Sallivan, həmçinin təşkilati tədbirlər, o cümlədən iki ölkənin hərbi komandanlıq zonalarının rəhbərləri arasında videobağlantı keçirilməsi, habelə süni intellekt üzrə Çin-ABŞ hökumətlərarası dialoqunun ikinci raundunun vaxtında keçirilməsi barədə razılığa gəliblər.
Analoq.az