Sağlamlıq
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.Analoq.az apa-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.
Sahib Məmmədov faktı təsdiqləyib.
Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]