Gündəm

Nadir Qafarzadə göz yaşlarını saxlaya bilmədi-VİDEO

“Bona Dea International Hospital”da xərçəng xəstəliyindən dünyasını dəyişən Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova sosial şəbəkələrdə yayılan video-görüntüsündə bildirmişdi ki, qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığına görə onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm.

Mərhumun anası eyni zamanda ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət ünvanlayıb.

Qeyd edək ki, haqqında bəhs etdiyimiz video- görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Analoq.az xəbər verir ki,tanınmış müğənni Nadir Qafarzadə də “İnstagram” hesabında məlum hadisəylə bağlı video paylaşıb.

Göz yaşlarına hakim ola bilməyən müğənni bildirib ki, saxlayıb o meyidi neyləyəcəksiniz. Gənc qızdır verin, ailəsinə aparsın dəfn eləsin. Yəni bu qədərmi insanlıq ölüb. İtirdik, hər şeyi itirdik – deyə çıxışına davam edib.

Analoq.az həmin videounu təqdim edir:

Əfsun Hüseynli
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button