Gündəm

“Yığışın və qərarlaşaq və döyüşü dayandıraq”-ERMƏNİ RƏSİMİSİNİN SİLDİYİ STATUS

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanın silinən postunun skrini yayılıb.Axar.az xəbər verir ki, skrin-şotu “Amerikansayağı Bakı” səhifəsi paylaşıb.

Ermənicə yazılan və qısa müddət sonra silinən postun tərcüməsi belədir:

“Mənim taqətim qalmayıb, onlar məni yalan söyləməyə vadar edirlər. Artıq mənə zəng edən və yazan analara, bacılara, əsgər valideynlərinə yalan deyə bilmirəm. Bizim vəziyyətimiz çox gərgindir. Doğrudur ki, biz bütün qüvvələrimizi səfərbər etmişik, lakin mənim vicdanım bu mürəkkəb vəziyyətdə əsgər valideynlərini aldatmağa imkan vermir. Hər kəs məlum münaqişədən xəbərdardır. Qərar qəbul olunmalıdır, lakin biz çıxılmaz vəziyyətdəyik. Bizim hərbçilərimiz, əsgərlərimiz ölürlər, qalanları isə döyüş bölgəsində qaçırlar. Bu sondur! Mən inanıram ki, siz məni doğru anladınız. 12 iyuldan başlayan döyüş əməliyyatlarında bizim itkilərimiz daha çoxdur. Əsgərlərimizin meyitləri döyüş əməliyyatları ərazisindədir və rəhbərlik əsgər və hərbçilərimizin meyitlərini ərazidən götürmək üçün danışıqlar aparır. Bizim yüzlərlə yaralımız var, xəstəxanalarda qana ehtiyac duyulur, kim donor ola bilər?

Mənim başsağlığımı qəbul edin, Tanrı bir daha bunun təkrarlanmasına izn verməsin!

Qana ehtiyacı olan yaralılar var. Bizə yardım edin!

Döyüş davam edir və nə ilə nəticələnəcəyi bəllidir, bu səbəbdən əsgər valideynlərinə səslənirəm ki, övladlarının hərbidən geri çağırılmalarını tələb etsinlər, yığışın və qərarlaşaq və döyüşü dayandıraq. Müdafiə Nazirliyinin önündə yığışın və əsgərlərimizin ölməməsi üçün nə etməli olduğumuza qərar verək. Sizdən xahiş edirəm, gəlin vəziyyəti daha da dərinləşdirməyək, bu bizim xeyrimizə deyil. Ambisiyaların ucbatından hamımız məhv olacayıq. Bu, bizə gərək deyil!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button