Gündəm

Mədəniyyət naziri korrupsioner ola bilməz- Tanınmış teatrşünas nazirin müdafiəsinə qalxdı

Etibar edib hər hansı bir müavin və ya sektora təyin olunan kiçik məmur azğınlaşırsa !!!!

Müstəqillik dönəmindən üzübəri Azərbaycan Respublikasında nazir olaraq təyin olunan və “uzunömürlülər” siyahısına daxil olanlar kifayət qədərdir. İndi o siyahıda qalan azsaylı nazirlərdən biri də Respublikanın Mədəniyyət naziri olan Əbülfəs Qarayevdir. Onun əmək fəaliyyətinə nəzər salsaq görərik ki, nazir Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri olaraq mühüm postları tutub. Əbülfəs Qarayev həqiqətən də hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, sözün əsl mənasında dövlət tərbiyəsi görmüş məmurlardan hesab edilib. Yəni o, vəzifəyə gələnə kimi bir çox sınaqların bərkə-boşundan çıxaraq etimad qazana bilib. 26 illik nazir postunu tutan Əbülfəs Qarayevin fəaliyyəti barədə heç zaman dövrü mətbuatda sərt tənqidi yazıların nəşr olunduğunu şəxsən mən xatırlamıram. Mədəniyyət sahəsi hər zaman sözün həqiqi mənasında ölkənin vacib və spesifik sahəsi hesab edilsə də, danılmaz faktordur ki, nazir Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi bu ada olan hörməti özünün davranışları ilə qoruya bilib. İndi ortaya maraqlı bir fakt çıxır. Bu günə kimi yəni DTX-nin Mədəniyyət Nazirliyində apardığı araşdırmaya qədər yüksək xitabət kürsüsündən nazir Əbülfəs Qarayev haqqında bircə kəlmə də olsa danışmayan şəxslər indi elə bil ki, dil otu yeyiblər. Bir-birini ardınca nəsə söyləməklə guya ki, hansısa faktı orta qoymaq istəyirlər. Belə olduğu təqdirdə 26 illik fəaliyyəti müddətində niyə danışmırdıq??? Deyə biləcəksiniz ki, “deyirdik səsimizə səs verən və ya eşidən yox idi”. Heç də belə deyil. Hüquqi sivil bir məmləkətdə hər zaman qanunun aliliyi qorunub və hər zaman dinlənilib. Sadəcə olaraq onu demək istəyirəm ki, hüquqi qiymət verilmədən kimlər haqqındasa tələsik “sevincək” qərarlar verməyək. Yoxsa vicdan əzabı deyilən bir qara ilan da sonda boğazımıza dolana bilər. Ən azından mədəniyyətimizi qorumaq naminə.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button