GündəmSağlamlıq

Koronavirusa yoluxan şairdən AÇIQLAMA

Mən inanan və inanmayan bütün insanlara burdan çağırış edirəm ki...

“Məsuliyyətsizlik etmişəm, virusa yoluxmuşam”.

Analoq.az Kulis.az-a istinadən xəbər verir ki, bu sözləri koronavirusa yoluxan şair Şəhriyar Del Gerani APA TV-nin suallarını yerində cavablandırarkən bildirib. Şair müalicə prosesindən bəhs edərkən bildirib ki, hazırda olduğu xəstəxanada bu istiqamətdə çox ciddi işlər görülür.

O, həmçinin insanları bu məsələdə həssas və məsuliyyətli olmağa səsləyib:

“Mən ilk gündən bu virusa inanmışam, amma məsuliyyətsiz yanaşmışam. Səhv etmişəm və xəstələnmişəm. Bu virusun ilkin simptomları qızdırma, iliklərdə kəskin ağrı, öskürək, boğulmadır. Bunu insan orqanizmində açıq hiss edə bilir. Amma yoluxduqca bu virus özü-özünü yeniləyir və formasını dəyişməyə başlayır. Ona görə də hər orqanizm öz immun sisteminə görə qarşılayır bu virusu. Məndə çox şükür, ağır dövrlər geridə qaldı. Çox faciəvi şəkildə keçirtmədim bu xəstəliyi. Müalicəm davam edir. Bir neçə gün sonra yəqin ki, yenidən məni testdən keçirəcəklər. Testin cavabından asılı olaraq qərar veriləcək. Ya evə gönədiriləcəm, ya da qalıb müalicəmi davam etdirəcəm. Çox ağır xəstələr də gördüm burda. Boğularaq öləni də oldu. İki gün əvvəl ölümünə şahid olduğum insanlar oldu. Buna inanmaq-inanamamaq kontekstindən baxmasınlar. Mən inanan və inanmayan bütün insanlara burdan çağırış edirəm ki, öz sağlamlıqlarının qayğısına qalsınlar. Biz özümüzü qorumaqla dövlətimizə də, özümüzə də kömək olaq. İnanmasaq belə mədəni olaq. Mənim təvəqqem budur”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button