Gündəm

“Parni iz Baku”nun daha bir üzvü koronavirusa yoluxdu

Analoq.az  “Teleqraf”-a istinadən xəbər verir ki,  “Planet parni iz Baku” komandasında çıxış edən aktyor Mehmet Emin Cəfər koronavirusa yoluxub.

 

Hazırda Türkiyədə yaşayan Mehmet Emin Cəfər sosial şəbəkədə əməkdar artist Bəhram Bağırzadə ilə fotosunu paylaşaraq “Sənə üzülürdüm, mən də sənin kimi koronavirusa yoluxdum. Allah ikimizə də şəfa versin” şərhini yazıb.

Daha sonra Mehmet Emin Cəfər sayta açıqlamasında ikinci dəfə koronavirusa yoluxduğunu deyib: “Birinci dəfə yüngül keçirdim, indiki ağırdır…”

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button