HadisəManşet

Uşağa zorakılıq edən tərbiyəçi-müəllimə azyaşlının anasının xalası imiş

Daxili İşlər Nazirliyi zorakılıq faktı ilə bağlı hüquqi tədbir görəcək

İsmayıllı rayonundakı 1 saylı körpələr evi-uşaq bağçasında baş vemiş hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi tərəfindən araşdırrmalar davam edir. Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə tərbiyəçi-müəllimənin azyaşlının başına qapaz vurması kadrları yayımlanıb. Belə ki, tərbiyəçi-müəllimə göstəriş üçün şəkil çəkmək məqsədilə uşaqdan şirniyyatı ağzında tutmasını istəyib. Azyaşlı da buna əməl etməyincə, tərbiyəçi-müəllimə onun başına zərbə endirib.
Daxili İşlər Nazirliyindən Analoq.az-a bildirilib ki, İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi–müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. O, zərərçəkmiş uşağın anasının xalasıdır. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button