Gündəm

Paşinyan yenə “Zəngəzur dəhlizi”ndən danışdı: “Biz razıyıq, amma…”

Paşinyan yenə “Zəngəzur dəhlizi”ndən danışdı: “Biz razıyıq, amma…”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan öz təklifləri çərçivəsində Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirən – Zəngəzur bölgəsindən keçəcək avtomobil və dəmir yolu kommunikasiyalarını açmağa, onların tikintisinə hazırdı.

Analoq.az xəbər verir ki, bunu Nikol Paşinyan martın 31-də hökumətin iclasında deyib.

“Lakin Azərbaycanla de-yure əhəmiyyət kəsb edən sazişin imzalanmasını zəruri hesab edirik”,-deyə baş nazir əlavə edib.
O bildirib ki, İrəvan bu məsələdə çox ehtiyatlı davranmağa üstünlük verir. Bu da ondan irəli gəlir ki, Zəngəzur bölgəsindən keçəcək avtomobil və dəmir yolu kommunikasiyalarının tikintisi böyük maliyyə tələb edən riskli məsələdir. Ona görə də Ermənistan Azərbaycanla hüquqi qüvvəyə malik müvafiq sazişin imzalanmasını vacib sayır.

“Niyə? Çünki biz çox konkret risk görürük ki, Ermənistan həm avtomobil yolunu, həm də dəmir yolunu çəkəndə Bakı sərhədi açmaqdan imtina edə bilər. Və onda nə Ermənistan, nə Azərbaycan, nə də üçüncü dövlətlər bir neçə yüz milyon dollar investisiya tələb edən infrastrukturdan istifadə edə biləcək. Ermənistan isə sadəcə olaraq bir neçə yüz milyon dollar itirəcək. Bu gün nə təklif edirik?

Biz 2021-ci il dekabrın 14-də Brüsseldə dəmir yolunun açılması ilə bağlı əldə edilmiş de-yure razılaşmaları rəsmiləşdirməyi, onun parametrlərinin razılaşdırılmasını və tikintisinə başlamağı təklif edirik. Yeri gəlmişkən, biz yazılı təkliflərimizi bir sıra beynəlxalq tərəfdaşlara təqdim etmişik”, – Nikol Paşinyan bildirib.

Ermənistanın baş naziri “Laçın dəhlizi” ilə “Zəngəzur dəhlizi”nin müqayisəsini də yolverilməz hesab edib.

Onun sözlərinə görə, Azərbaycan tələb edir ki, “Laçın dəhlizi”də işlənən hüquqi rejim “Zəngəzur dəhlizi”nə də şamil edilsin.
Ancaq rəsmi İrəvan bu tələblə razılaşmır.turkustan.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button