Hadisə

Avropaya getmək istəyən şair həbs edildi

“Şeydaye Həmədani” ləqəbli iranlı müxalif şair və rəssam Qasım Bəhrami ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Analoq.az xəbər verir ki, bu haqda İran mətbuatı məlumat yayıb.

Məlumata görə, şair yanvarın 16-da axşam saatlarında xarici xidmətlərlə əlaqəli qrupun köməyi ilə ölkəni tərk etməyə cəhd edərkən həbs edilib.

Şairi dindarların, müqəddəslərin hisslərini təhqir etməkdə ittiham edirlər. İddialara görə, Bəhrami bunu Avropa ölkələrində şöhrət qazanmaq və sığınacaq almaq üçün edir.

Qasım Bəhrami bu ilin sentyabrında İran İslam Respublikasının ali dini lideri Əli Xamneyinin fotosunu yandırdığına görə həbs edilib və ötən il noyabrın sonunda zaminə buraxılıb/moderator

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button