Cəmiyyət

Azərbaycanda ilk dəfə “Prodüser mərkəzi” yaradılıb

Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində “Prodüser mərkəzi” yaradılıb.

Analoq.az xəbər verir ki, sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək “Prodüser Mərkəzi” həmin gənclərin repertuarlarının hazırlanmasını, səs yazılışlarını, vokal dərslərini, səhnə hərəkətlərini, fitnes xidmətini, imic və stilistikasının formalaşmasını, klip çəkilişlərini, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər (050) 493-55-11 (whatsApp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə video materialı 20.04.2021 tarixinədək təqdim etməlidir. Report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button