Hadisə

Rusiyada bədbəxt hadisə – QADININ MEYİDİ HƏLƏ DƏ TAPILMAYIB

Rusiyada buz çuxurunda ənənəvi xaç suyuna girmə ayini zamanı bədbəxt hadisə baş verib. Yanvar ayının 19-da 40 yaşlı qadın Oredej çayında buz çuxuruna atılaraq buzun altında su axınına düşüb.

Sahildə dayanan kişilər nə baş verdiyini dərhal anlayıb köməyə tələssələr də, artıq gec olub. Qadın iki uşağın gözü qarşısında buzun altında sürüklənib. Onun meyiti hələ də tapılmır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button