İdman

“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin IV turunun oyunları keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. 37 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibini məğlub edib.

Məmmədyarov bundan əvvəl keçirdiyi 3 görüşün hamısında heç-heçəyə razılaşıb. O, hazırda 2,5 xalla 2 – 6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button