İdman

“Qarabağ”ın Marsel sınağı: Heyətlər açıqlandı

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.Apasport.az saytının məlumatına görə, qitə kuboklarında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Konfrans Liqasında pley-off matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Fransada “Marsel”in qonağı olacaq. Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qarabağ” adlı-sanlı rəqibi ilə səfər matçında qənaətbəxş nəticə qazanmağa çalışacaq.

Konfrans Liqasının qrupunda ikinci olan “Qarabağ” Avropa Liqasının üçüncüsü kimi bu turnirə yuvarlanan rəqibi ilə ən azı heç-heçə etmək əzmindədir. Məşhur “Velodrom” stadionundakı görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda baş tutacaq.

Konfrans Liqası

Pley-off, ilk oyun

17 fevral

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
“Marsel”: 30. Stiv Mandanda (k), 3. Alvaro, 4. Bubakar Kamara, 5. Leonardo Balerdi, 14. Luan Peres, 29. Pol Lirola, 8. Gerson, 22. Pape Qeye, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 9. Arkadiuş Milik

Ehtiyat oyunçular: 1. Simon Nqapanduenbnbu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Qenduzi, 7. Amine Harit, 10. Dimitri Paye, 12. Bamba Dienq, 13. Sedrik Bakambu, 15. Duje Kaleta-Kar, 23. Sead Kolaşinaç, 31. Uqo Bertelli, 46. Aylan Benyahya Tani
Baş məşqçi: Xorxe Sampaoli
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

Baş məşqçi: Qurban Qurbanov
Marsel. “Velodrom” stadionu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button