İdman

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button