Tanınmış jurnalist Qara Qarayevdən yazdı – “Doğurdanmı, həmin mütəxəssislərin futboldan xəbəri yoxdu?”
Tanınmış idman jurnalisti İxtiyar Əsgərovun futbolçu Qara Qarayevlə bağlı paylaşdığı status diqqətimizə maraq oldu. İdman yazarının paylaşımını Analoq.az oxucularına da təqdim edirik :
Qara Qarayev yaxşı oğlandı, həm “Qarabağ”, həm milli ilə dəfələrlə səfərdə olmuşuq, istiqanlı, müsbət enerjili, əsl yol adamıdı. Ən çətin peşə insan olmaqdı, şəxsən mən 32 yaşlı futbolçuda səfərlərdə olduğum müddətdə neqativ nəsə görməmişəm. Qara kimi oğlanlar ölkə futbolunda azdı və yəqin ki, onu yaxından tanıyanlar mənimlə razılaşar.
Amma Qara ilə razılaşmadığım bir məsələ var, ötən mövsüm “Neftçi”yə keçməkdənsə, illərdi formasını geyindiyi, bir çox uğurlarında pay sahibi olduğu “Qarabağ”da qalmalı idi.
Hər halda, ən yaxşısını özü bilər, özü qərar verib. İndi əsas heyətə düşməkdə çətinlik çəkir, müəyyən narazılıq yaranıb.
Maraqlıdı ki, Qarayevi Canni De Byazi millidə görmək istəmədi, heç Arif Əsədov da son oyunlarda yığmaya çağırmamışdı. Bildiyim qədər Adrian Mutu və Miodraq Bojoviç də Qaranı “Neftçi”də start heyətində oynatmaqda maraqlı deyildi. İndi də Roman Qriqorçuk.
Byazi, Mutu, Bojoviç getdi, nə vaxtsa Qriqorçuk da gedəcək, bu ölkədə xətri əziz olan Qara ilə mən qalacam.
Amma bir sualım var: adlarını sadaladığım beş məşqçi hansısa futbolçunu ilk “11-lik”də görmürsə, problem kimdədi? Doğurdanmı, həmin mütəxəssislərin futboldan xəbəri yoxdu?
Analoq.az